Dünya ölkələrinin statistikasına baxsaq, eyni yoluxma prosesini müşahidə edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu da onu göstərir ki, virus insana, ölkəyə baxmır. Biz daim digər ölkələrin təcrübələrini izləyirik. Virusla mübarizədə əsas addım erkən diaqnoz qoymaqdır. Yoluxan insanı mümkün qədər tez müəyyən edib, onun özünü və təmasda olduğu insanları tapıb, izolyasiya etməliyik.
Əgər hansısa binada kimsə xəstələnirsə, o binadakı insanlara məhdudiyyət qoyub, onları yoxlamalıyıq.
Bütün şəhəri karantində saxlamaq ən arzuolunmaz ssenaridir. Bu istiqamətdə ən müasir, beynəlxalq təcrübə öyrənilir və ciddi addımlar atılır".