Gəncədə güclü yanğın baş verib. Teleqraf.com-un Kəpəz TV-yə istinadən məlumatına görə, yanğın 22:30 radələrində Sadıllı qəsəbəsi Həsən bəy Ağayev 4 döngə ev 7 ünvanında qeydə alınıb. Dərhal hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunublar.
Qeyd olunan ünvanda yerləşən Nicat Əhmədova məxsus kolbasa sexinin 280 kv. metrinin 200 kvadarat metr tavan hissəsi tamamilə yanıb. Yanğınsöndürənlərin alova vaxtında müdaxiləsi nəticəsində tikilinin qalan hissəsi və otaqlar yanğından mühafizə olunub. Yanğın 30 dəqiqə ərzində söndürülüb.
Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının dəqiq səbələri isə aparılacaq araşdırmalardan sonra məlum olacaq.