29 İyul 2020 16:28
675

Bu il Həcc ziyarəti koronavirus səbəbindən məhdud şəkildə başlayıb.

Teleqraf.com xəbər verir ki, ilk hacı namizədlər Məkkəyə çatıb.

Məkkədə zəvvarlara dezinfeksiyaedici məhlullar, maska, səccadə və şeytanı daşlama mərasimi üçün sterilizə edilmiş çınqıllar verilib.

Zəvvarların baqajları dezinfeksiya edilərkən onlara elektron qolbaq paylanılıb. Kəbəyə yaxınlaşmaq və toxunmaq qadağan olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı virusun yayılmasının qarşısını almaq məqsədi ilə bu il rəsmi olaraq ölkə daxilindən yalnız min hacı namizədi qəbul ediləcəyini açıqlamışdı. Xaricdən isə zəvvar qəbul edilməyəcəkdi.

Lakin yerli mediada yayılan məlumatlara görə, 10 min nəfərə qədər şəxsin Həcc ziyarətinə icazə verilib. Ötən il 2,5 milyon müsəlman Həcc ziyarətində olmuşdu.

Qaydalara görə, ziyarətdən əvvəl koronavirus müayinəsi tələb olunan hacı namizədlər Həcdən sonra da karantinə girmək öhdəliyini qəbul etməlidirlər.


Müəllif: Yeganə Oqtayqızı