“Teleqüllə”dən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyi ölçülüb.
Teleqraf.com xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri növbəti radiomonitorinq işləri aparıb.
DRİ-dən verilən məlumata görə, Radiomonitorinq Bakı şəhəri və Abşeron yarımadası ərazisində keçirilib.
Bu işlər Bakı “Teleqüllə”sindən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi məqsədi daşıyıb.
İlhamə