3 Avqust 2020 18:56
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dəqiq dəlil, sübut olmadığı halda virusun mutasiyaya uğradığını demək düzgün deyil.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Biz mərhələli şəkildə yumşalmalara gedirik. Yalnız bununla virusun cəmiyyətdə yayılmasını tədqiq edə bilərik. Bu gün xəstə sayı azalırsa, bu, tibb işçilərimizin uğurudur", - o bildirib.


Müəllif: Aysel Azad