10 Oktyabr 2014 14:46
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın ölkəmizdəki səfiri Vitezslav Pivonka və konsul Petr Vaqner Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Teleqraf.com-a verilən məlumata görə, Fondun icraçı direktoru Oktay Səmədov həyata keçirilən layihələr, beynəlxalq əlaqələr haqqında ətraflı məlumat verib. Səmimi qəbula görə təşəkkürünü bildirən cənab V.Pivanka Çexiya və Azərbaycan arasında yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətlərindən danışıb. Konsul P.Vaqner füsunkar təbiəti, qədim tarixi və zəngin mədəniyyəti olan Azərbaycanı çexiyalı turistlərə tanıtmağın vacibliyini vurğulayıb.

Sonra Bilik Fondunun ilk mərhələsinin Çexiyada həyata keçirilməsi planlaşdırılan “Azərbaycan elmi xaricdə” proqramınınn detalları müzakirə edilib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bilik Fondunun dəstəyi ilə Çexiya səfirinin xanımı peşəkar fotoqraf Monika Pivonkanın ölkəmizin müxtəlif bölgələrində çəkəcəyi fotolardan ibarət “Azərbaycan Monika Pivonkanın gözü ilə” adlı sərgi keçirilməsi planlaşdırılıb.

Noyabr ayında “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində “Azərbaycan geologiya eimi Çexiyada” adlı sərgi keçiriləcək. Sərgidə geoloji xəritələr, ölkəmizin geologiyasına dair elmi ədəbiyyat, Azərbaycana xas olan minerallar nümayiş olunacaq.

Xatırladaq ki, Çexiyanın ölkəmizdəki səfirliyi ilə Bilik Fondunun sıx əlaqələri var. Səfir Vitezslav Pivonka Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində Bakının 23 saylı orta məktəbində şagirdlərə mühazirə deyib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər