4 Avqust 2020 11:47
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, 20 nəfər karantin qaydalarını pozduqları üçün polis şöbəsinə dəvət olunub.

Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol tərtib edilərək, cərimə olunublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər