8 Avqust 2020 11:48
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toyların bərpası ilə bağlı məsələ bu gün çox müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Bu gün əsas problem toyların təşkilində çalışan işçilərin əməkhaqqlarının verilməməsidir. Əgər onlar vaxtında rəsmi işə alınsaydı, belə problemlər yaranmazdı. Eyni zamanda onlar qeydiyyatda olub, vergi ödəsəydi, bu hallar baş verməzdi.

Təəssüf ki, bu gün onların belə tələb irəli sürmək imkanı yoxdur. Ümid edirəm ki, postpandemiya dövründə belə hallar aradan qaldırılacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər