Xurma (Lat. Diospyros) – “Ebena-Ebenaceae” fəsiləsindən olan subtropik bitkidir. Cənubi Asiya, Afrika, Amerika ölkələrində geniş yayılıb. Birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə rəngi qırmızı və ya qonur-qırmızı olur. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır.
Bu bitki Azərbaycanda da yayılıb və ilin müxtəlif fəsillərində hər zaman süfrələrin bəzəyi olan meyvələrdən sayılır. Ölkəmizdə xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar Qafqaz xurması (Diospyros lotus) və Virgin xurmasıdır (Diospyros virginiana).
Teleqraf.com-un məlumatına görə, Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə, onun mühüm müalicəvi əhəmiyyəti vardır. Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.
Bu məhsulun 200-dən artıq növü vardır. Xurma növlərinin hər biri insan orqanizminin sağlamlığı üçün çox xeyirlidir. Onun tərkibində olan bir çox mikroelementlər ən çətin xəstəliklərin, o cümlədən, xərçəngin müalicəsində müsbət rol oynayır.
A vitamini (karotin) - meyvənin narıncı rəngdə olması buna sübütdür. Məhsulun rəngi nə qədər tünd olarsa, onda olan karotinin miqdarı bir o qədər çox sayılır. Təbii A vitamini dərinin və görmə qabiliyyətinin sağlam qalmasını təmin edir, bundan əlavə xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Kaliy duzları. Bu mikroelementlər ürək-damar sisteminin iş fəaliyyəti üçün çox vacibli sayılır.
Maqniy. Zəhərli maddə və şlaklardan azad olunma üçün gedən prosselərdə köməkçi rol oynayır.
C və PP vitamini. İmmun sistemi gücləndirir, sinir sisteminə xoş təsir göstərir, stress, depressiya və yuxusuzluqla mübarizədə kömək edir.
Aşılayıcı maddələr.Bağırsaq pozuntusunu araqdan qaldırır, iltihaba meyilli dəri problemləri ilə də mübarizə aparır.
Bundan əlavə mütəxəssilərin rəyinə görə, xurma - həzmi yaxşılaşdırır və təzyiqi normallaşdırır, hipertoniyanın yaranmasının qarşısını alır və həmçinin aterosklerozun profilaktikası üçün çox xeyirli sayılır. Kalori dəyərinə gəldikdə, 100 qram məhsulda 62 kalori vardır.
Xurma ürək üçün çox xeyirli olan bitki şəkəri ilə zəngindir. Məhz bitki şəkəri məhsulu xurmanı bu qədər qidalı edir. Həkimlər bu meyvəni şəkər xəstələrinə məsləhət görmürlər.
Sağlamlığa digər faydaları
Beyni qüvvətləndirir
Xurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır. Xurmada eyni zamanda B1 və B2 vitaminləri var. Bunlar da zehini və sinir sistemini sakitləşdirir.
Meyvə olaraq, ən yaxşı sinə dərmanı xurmadır. Xurma bəlğəmə, nəfəs borusuna və öskürəyə qarşı istifadə olunur. Xurma, qan damarlarını yumşaldır və damar sərtliyinin qarşısını alır. Ayrıca qanı təmizləyir və təzyiqi də nizamlayır.
Qəhvə və yağ qandakı xolesterolun yüksəlməsinə səbəb olur. Ərəblər bol miqdarda qəhvə içirlər və araşdırmalarda ərəblərdə bu xəstəlikdən əsər olmadığı ortaya çıxmışdır. Bunun səbəbini araşdıran mütəxəssislər, ərəblərin qəhvə və digər içkilərin yanında mütləq xurma yediklərini də öyrənmişlər.
Xurma böyrəklərin yuyunmasına yardım göstərir, onların daha yaxşı işləməsini təmin edir. Böyrək iltihabına şəfa verir. Xurmanın suyu böyrək daşlarının parçalanmasında çox faydalıdır. 6-7 ədəd xurma parçalanaraq bir stəkan suya qoyulandan bir neçə saat sonra süzülər və isidilərək gündə iki dəfə içilər. Bu, 15 gün edilsə, böyrək daşlarını yox edər.
Mütəxəssislər xurmanın ac qarına yeyilməsini məsləhət görürlər. Həmçinin, qabıqlarında və tumunda da bol miqdarda vitamin olduğunu söyləyirlər. Toxumunun da sovurulmasını tövsiyə edirlər.
A vitamini ehtiva edən xurma, gözləri qüvvətləndirir. Xurma xüsusilə gecə korluğu və digər göz xəstəklərinin qarşısını alir. Xurma göz sinirlərini gücləndirmək xassəsinə malikdir.
Nail Cəlil