10 Oktyabr 2014 22:47
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı başa çatıb. Azərbaycan Mətbuat Şurasından Teleqraf.com-a bildirilib ki, 30-dan çox ölkədən nümayəndələrin iştirak etdikləri toplantıda Avropada fəaliyyət göstərən Mətbuat şuralarının özünütənzimləmə tədbirləri, həmçinin Alyansın gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Növbəti toplantının Avstriyada keçirilməsi qərara alınıb.

Azərbaycanı tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təmsil edib. Ə.Amaşov tədbirdə çıxış edərək Mətbuat Şurasının fəaliyyət istiqamətləri, ötən bir il ərzində gördüyü işlər barədə məlumat verib.

O, Şuranın şikayətlərin araşdırılması təcrübəsindən danışıb. Ə.Amaşov, həmçinin ölkəmizdə internet media sahəsindəki meyillərə və onların Mətbuat Şurasının iş prinsiplərinə təsirinə diqqəti cəlb edib, iştirakçıların suallarını cavablandırıb.


Müəllif:

Oxşar xəbərlər