14 Avqust 2020 22:59
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İyulda iyuna nisbətən istehlakçılar 201 milyon kilovat/saat artıq elektrik enerjisi istifadə ediblər".

Teleqraf.com "Real" TV-yə istinadla xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

O bildirib ki, sərfiyyat artımı yay fəslində elektrik avadanlıqlarından daha çox istifadə ilə əlqədardır:

"Sayğacların parametlərini dəyişdirmək, informasiya sisteminə hər hansı kənar müdaxilədən isə söhbət gedə bilməz".

Qeyd edək ki, "Azərişıq" ASC 2 milyon 700 mindən artıq abonentə xidmət göstərir. Onlardan 2 milyon 530 mini əhali qrupuna daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər