1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ləğv olunmasını elan edib.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur.