"Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə koronavirusla mübarizəni gücləndirmək məqsədilə "Evdə qal, ətrafını qoru" adlı layihənin icrasına start verib.
İctimai Birlikdən saytımıza verilən məlumata görə, 3 ay davam edəcək layihə çərçivəsində Facebook sosial şəbəkəsində "evdə qal, ətrafını qoru" adlı səhifə yaradılacaq. Səhifədə koronavirusla mübarizə məqsədilə müxtəlif mövzularda məlumatlar, video və fotoşəkillər yerləşdiriləcək. Səhifə moderator tərəfindən idarə olunacaq.
Həmçinin bu mərhələdə pandemiya üzrə ayrılmış xəstəxanalardan reportajlar hazırlanacaq və elektron portallar vasitəsilə yayımlanacaq. O cümlədən, ekspertlərdən müsahibələr götürüləcək, müvafiq informasiyalar saytlarda yerləşdiriləcək. Materiallar peşəkar jurnalistlər tərəfindən hazırlanacaq. Həm sosial şəbəkədəki səhifə, həm də elektron portallar üçün hazırlanmış material ekspert tərəfindən yoxlanıldıqdan sonra işıqlandırılacaq.
Eyni zamanda layihə boyunca həyata keçirilən tədbirlər barədə informasiya xidməti press-relizlər hazırlayaraq mediada işıqlandırılmasını təmin edəcək.
Pandemiyadan zərər çəkmiş ailələrə ərzaq yardımı ediləcək.