19 Avqust 2020 09:31
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qeyd olunan küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur:

Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində, Binəqədi şossesi Azadlıq prospekti istiqamətində, Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində, Bakı-Sumqayıt şossesi şəhər istiqamətində, Zabrat şossesi H.Əliyev prospekti istiqamətində.

Bakı Nəqliyyat Agnetliyindən Teleqraf.com-a verilən məlumata görə, qeyd olunan yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.

Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edilir.


Müəllif: Teleqraf.com