19 Avqust 2020 08:15
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin Siyəzən və Şabran rayonlar;nda “Pandemiyasız Azərbaycan, hədəf bu” devizi altında maarifləndirici tədbirlər” adlı layihəsinin icrası davam edir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Birliyin rəhbəri Şaban Nəsirovun verdiyi məlumata görə, layihə çərçivəsində Siyəzən və Şabran rayonlarında aztəminatlı ailələrə ərzaq yardımı paylanıb. Onun sözlərinə görə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq aztəminatlı ailələrin siyahısı hazırlanıb, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına göndərilib . Siyahılar təsdiq olunduqdan sonra yardım qutularnın hazırlanmasına və poçt vasitəsi ilə aztəminatlı ailələrə çatdırılmasına başlanıb. İlkin olaraq 30 qutu hazırlanıb poçt işçilərinə təhvil verilib.

Şaban Nəsirov onu da xüsusi olaraq qeyd edib ki, Siyəzən Rayon Mərkəzi Poçt şöbəsi ərzaqların çatdırılması xidmətini təmanasız olaraq öz üzərinə götürüb. O, buna görə şöbənin rəhbəri Akif Əliyevə xüsusi təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər