27 Avqust 2020 17:43
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədris saatlarının azaldılması müəllimlərin əmək haqlarına təsir etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev bu gün keçirdiyi brifinqdə deyib.

Təhsil naziri əlavə edib ki, rayonlara gediş-gəliş açılmadığı halda valideynlər övladlarını yaşadıqları yerdə məktəbə göndərə bilərlər: "Eyni zamanda onlar distant təhsildən yararlana bilərlər. Bütün regionlarımızda tədris müəssisələri var".

Nazir qeyd edib ki, özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılır: "Onlar təhsil alan xarici vətəndaşların ölkəyə gəlməsi üçün müraciət edə bilərlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər