29 Avqust 2020 11:44
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq yükdaşımalar və Azərbaycan vətəndaşlarının təxliyəsi, eyni zamanda xüsusi sahədə çalışan vətəndaşlar istisna olmaqla, quru sərhədlərin qapalı qalması rejimi qüvvədədir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, karantin rejimi çərçivəsində konkret sahələrlə bağlı qərar qəbulu tətbiq edilir: "Tədris mövsümü başlayanda müvafiq qərar verildi və ictimaiyyətə çatdırıldı".

Akif Qurbanov əlavə edib ki, tədris müəssisələrinin açılması yoluxma sayında artıma səbəb ola bilər: "Hazırda təhsil müəssisələrində tədrisin təşkili, o cümlədən tələbələrin tədris prosesində iştirakı müzakirə edilir. Məsələn, şagirdlərin məktəbə hansı qaydada getməsi tənzimlənəcək.

Siniflərdə şagirdlərin sayı, dərs cədvəllərinin toqquşmaması, məktəblərdə sıxlığın olmaması, yeməkxanaların, oxu zallarının fəaliyyət göstərməməsi müzakirə olunur. Məqsəd yoluxma sayının artmamasıdır. Eyni anda bütün tədris müəssisələrində dərslərin ənənəvi qaydada təşkili mümkün deyil".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər