2 Sentyabr 2020 19:43
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında “uşaqpulu” məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb.

Teleqraf.com xəbər verir ki, məlumatda bir müddət əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın “uşaq pulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verdiyi qeyd olunub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.


Müəllif: Teleqraf.com