6 Sentyabr 2020 22:54
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə 4 ildən artıq azadlıqdan məhrum edilmiş Tofiq Yaqublu ətrafında yaradılan ajiotaja sosial şəbəkələr prizmasından baxaq. Yaqublu ittiham edilərək həbs edilib. Tofiqin döyüşçü keçmişini nəzərə alan bir qrup şəxs, onların içində deputat da var, Yaqublunun azad edilməsini tələb edir. Məhkəmə sistemi təhqir edilir, Ədliyyə naziri təhqir edilir, dövlətin rəhbər şəxsləri hədəf alınır. Heç kimi daha o maraqlandırmır ki, məhkumun apellyasiya şikayət vermək, Prezidentə əfv üçün məktub yazmaq hüququ da var axı. Sosial şəbəkələr özünəməxsus dayaz düşüncə və primitiv status qəhrəmanlarıyla meydandadır...

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Mir Şahin “Mir Şahin vaxtı” verilişində deyib.

“Ölkədə internet TV adına iddialılar isə klassik televiziya olmaq uğrunda çalışır. Biri televiziyaların indiki səviyyəsi mövzusunda dəhşətli araşdırmalarla sensasiya saçır, o birisi Qubanın yay qarını şərhsiz verir, üçüncüsü dindən-dondan bəs edir... Baxmayaraq ki, dövlət maraqlarında dayandığını iddia edən internet TV-lər Azərbaycana qarşı böhtan və təhdid kampaniyası aparan Qurban Məmmədov kimi vətən artıq-urtuğunun cavabını verməliydi, Osmanqızı TV-nin, “Azad Söz”ün, Meydan TV-nin qarşısına məhz onlar çıxmalıydı. İnformasiya müharibəsinin yeni keyfiyyətinə yiyələnərək ilk növbədə azərbaycandilli düşmənləri susdurmağa onlar çalışmalıydılar. Daha Əfzələddin Xaqaninin çarığından, Qarabağ atlarının arığından bəhs edən, məmurların üzərinə gedən verilişəbənzərlərə vaxt sərf etməməliydilər.

İnternet TV internet TV-yə rəqib olmalıdır. Belarusda Neksta təcrübəsi göstərdi ki, Meydan TV, Osmanqızı TV kimi ruporlar ideologiyamızın boşluğudur. “Neksta” internet kanalı peşəkar aksiya təşkilatçılarının əliylə sosial şəbəkələri əla inqilab maketinə çevirib sonra küçəyə buraxdı.

Mən bizim internet TV-lərin hələ ki, elementar “Osmanqızı”, Turan TV-nin qarşısına çıxdığını görməmişəm...” – o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər