14 Sentyabr 2020 11:50
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun açılışı gözlənilən yeni stansiyasına şəhid general Polad Həşimovun adını daşıyacağı ilə bağlı məlumatlar dəqiq deyil.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Sosial şəbəkələrdə metronun hansısa stansiyasına general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir: "Bu barədə yayılan video “Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb və xəbərimiz yoxdur. Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil.

Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti baxır. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”, - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər