28 Sentyabr 13:53
912

Məlum olduğu kimi, bu gün Azərbayca Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin tapşırığı ilə ölkədə qismən səfərbərlik elan olunub.

Teleqraf.com xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bu gün keçirilən brifinqdə deyib:

"Qismən səfərbərlik zamanı təsdiq edilmiş plana uyğun olaraq, gizir, əsgər, matros və miçmanlar 35 yaşa, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 yaşa qədər orduya cəlb olunacaqlar.

Xidmət tələb olunan sayda hərbi vəzifəli və hərbi nəqliyyat vasitələrinin hərbi hissələrə təqdim olunması üçün bütün imkanlara malikdir. Çağırılanlar yaşadıqları ərazidə müvafiq hərbi strukturlarına gəlməlidirlər.

Qeyd edim ki, cəbhədə baş verən gərginlik zamanı xeyli sayda vətəndaşımız könüllü olaraq səfərbərlik üçün müraciət ediblər".


Müəllif: Aysel Azad