5 Oktyabr 2020 17:46
23 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı şagirdin Ermənistanın baş naziri Nikol Paşinyanın Facebook hesabına ingiliscə yazdığı şərh sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbət qazanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Oksford Məktəbinin 9-cu sinif şagirdi Nigar Quliyeva Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Facebook səhifəsində fikirlərini paylaşıb. Nigar Quliyevanın Ermənistanın Azərbaycana qarşı işğal siyasəti, minlərlə qaçqın və məcburi köçkünün düşdüyü ağır vəziyyət, Qarabağın və ətraf rayonların uzun illərdir işğalda saxlanmasını səlis fikirlərlə izah etməsi sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Onun həmin paylaşımını Azərbaycan dilində təqdim edirik:

“Azərbaycanın qürurlu sakini və şagirdindən:

- Nikol Paşinyan, qısa şəkildə deyim ki, siz loyal insan deyilsiniz. Biz sizə nə qədər şans verməliydik? İndiki məqamda məndən xeyirxah olmağımı gözləyirsiniz?

Amma, bu, qəzəb söhbəti də deyil.

İki il öncə ölkənizdə vəziyyəti düzəltmək üçün şans istədiniz və söz verdiniz ki, hər şeyi dəyişəcəksiniz. Ancaq biz əmin idik ki, bu, yalan olacaq. Çünki hamımız bilirdik ki, sizlər yenə də siçan kimi çirkin barmaqlarınız üstündə qaçmağa cəhd edəcəksiz.

Birincisi, bu ilin iyulunda gəldiniz və bizim insanlara hücum etdiniz. Daha sonra sentyabrın 27-də səhər saat 6:00-da siz bizim mülki vətəndaşlara yenidən hücum etdiniz. Heç nə dəyişmədi. Bu kütləvi qırğınlarınıza görə utanırsınızmı?

Əgər “əsgərlər” adlanan zəmanətə sahib real ordunuzun olduğunu düşünürsünüzsə, tamamilə səhv edirsiniz.

“Əsgərlər”inizi qaçmamaları üçün maşınlara zəncirlədiniz, amma xatırlatmaq istəyirəm, siz də onlar kimi qorxursunuz və buna heç bir şübhə yoxdur.

Bizim bütün sübutlarımız var, sizdə nə var? Saxta zəmanət? Saxta natamam vədlər? Qadınları necə ağlatmağınız çox utancvericidir. Siz insan hüquqlarına, hansı ki, bura qadın, yaşlı və uşaqların hüquqları daxildir, əməl etmirsiniz.

Heç kim sizə ölkəmizə daxil olmaq haqqını verməyib.

İkincisi, BU BÜTÜN ERMƏNİLƏRƏ AİD EDİLİR.

Siz hamınız yalan danışırsınız ki, Ermənistanın “QƏDİM” tarixi var və bu daha çox “Karen” olmaqdır, ancaq bağışlayın, krallarınız haradadır? Onlara ad verəndə yuxudan oyandığınızdan əmin olun. Sizə torpaqlarımızın böyük bir hissəsini-İrəvanı vermişik və geri almağı düşünmədiyimizə görə bizə beləmi təşəkkür edirsiniz? Ah, Paşinyan! Məgər siz bilmirsiniz ki, “Мы Азербайджанцев победим, Карабах будет наш” - и бла бла бла. demək - ЭТО ПРОСТО ЧУШЬ. Qarabağ BİZİMDİR və həmişə də bizim olacaq. Heç kim Qarabağın sizin torpaqlarınız olduğunu təsdiqləmir. Və səmimi olaraq sizi öz “bacısı” kimi qəbul edən ölkənin sözləri də Qarabağ torpaqlarının əsl sahibini dəyişdirmir. Əgər siz insansınızsa, bunu günahsız vətəndaşlarımıza edilən hücumlarınızı dayandırmaqla təsdiqləyin. Əgər "ordunuzun" vətəndaşlarımızı öldürməkdən daha çox bir şeyə qadir olduğunu düşünürsünüzsə, yenə də YANILIRSINIZ.

Müharibə edirsinizsə, müharibə edin. GÜNAHSIZ İNSANLARA HÜCUM YOX. Bilirsiniz ki, əsgərlərimiz xüsusi bir təlimə malikdirlər və həqiqi bir qüvvəyə sahibdirlər. Bizdən qorxduğunuzu bilirsiniz, amma bu həqiqəti deməyə cəsarət etmirsiniz! Hər yerdə biabır olmusunuz, hətta videogörüşlərdə maska taxmağınızla. Ay Allah, belə ağıllı olduğunuzu düşünürsünüz? Bilirsiniz, BBC-də “Hard Talk”ı dinlədim və həmişə olduğu kimi, sizinlə müsahibə aparan insanın ədalətli bir şəkildə qiymətləndirməsini gördüm. O, sizin yalanlarınızı ifşa edəndə "Baş nazir" vəzifənizdən istifadə etməyə cəhd edərək, onu suçlamağa çalışdınız. Doğru olanı qəbul etmək beləmi çətindir? Bilirsiniz, bu bir uşaqlıqdır və sizdən kim olduğunuz haqda nə düşündüyünüzü soruşmaq istəyirəm və sizə müraciət edirəm. Ancaq bilirəm ki, sonra siz bunu geri soruşacaqsınız. Bəli, səhv etmədiniz, bu anda sizin yerinizdə sürüşməyə cəsarət edən 9-cu sinif şagirdidir. Düşünürəm ki, bunun adi bir oyun meydançası zarafatı olduğunu bilirsiniz və bu artıq siz bunu oxumadan öncə əks-səda vermiş oldu. Azərbaycan xalqı heç vaxt sizə nifrət etməyə meylli olmayıb, bu səbəbdən siz də daxil olmaqla kimliyi bilinməyən varlıqlarınız həddini aşdı. Elə bir gün də olmadı ki, həyatımızı dinc mühitdə yaşamağa imkan verəsiniz. Ancaq bilin ki, Qarabağı itirmək kədərini yaşasaq da, o həmişə hamımızın düşüncəsində olub. Hələ də Prezidentimizlə özəl danışmağınızdan, mərhəmət istəmənizdən, hər bir ölkəyə köməklik üçün müraciətinizdən və 14 yaşında bir uşağın belə qiymətləndirməsindən utanmırsınızsa, o zaman mən susuram. İstəklərinizə isə gülürəm, çünki Azərbaycan sizdən daha güclüdür və bütün planlarınız iflasa uğrayacaq. Bunu sizə mən deyirəm.

Qarabağla bağlı heç bir tarixiniz yoxdur və dərk edin ki, insanları qışda həyatlarını qorumaq üçün yarıçılpaq qaçarkən kütləvi şəkildə qətlə yetirmək qalibiyyət deyil. Əgər özünüz normal bir uşaqlıq yaşamısınızsa, onda bizi tərk edin! Və torpaqlarımızdan rədd olun!”.

Qeyd edək ki, Nigar Quliyeva Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın qızıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər