“Azərikimya” İstehsalat Birliyində doqquz ayın yekununa və iqtisadi göstəricilərin təhlilinə həsr olunmuş hesabat xarakterli geniş müşavirə keçirilib.
Teleqraf.com-un məlumatına görə, birliyin idarə və müəssisələrinin rəhbərlərinin, baş mühəndislərinin, istehsalat və sex rəislərinin, müvafiq şöbələrin aparıcı mütəxəssislərinin iştirak etdiyi tədbirdə 2014-cü ilin doqquz ayı ərzində “Etilen-polietilen” zavodunda həyata keçirilmiş tədbirlər, istehsal və maddi balans göstəricilərinin təhlili, enerjidaşıyıcılara qənaət, həmçinin mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yolları ilə bağlı müvafiq şöbələrin məsul işçilərinin hesabat xarakterli çıxışları dinlənilib.
Müşavirədə istehsalat göstəriciləri otən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə slaydlar vasitəsilə iştirakçıların nəzərinə çatdırılıb. Müzakirələrdə həm qazanılmış uğurları, həm də mümkün geriləmələri yaradan səbəblər və qarşıda duran vəzifələr haqqında geniş fikir mübadiləsi aparılıb.
Naibə