Azərbaycan QHT-ləri Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı müraciət edib.
Teleqraf.com xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Xanımlar və Cənablar!
Biz, Azərbaycanda uşaq və qadınların hüquqlarını müdafiə edən QHT-lər olaraq böyük narahatlıq hissi ilə Sizə müraciət edirik.
Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatmış və hərbi əməliyyatlar yenidən bərpa edilib. Hərbi əməliyyatları dayandırmaq və insan itkisinin qarşısını almaq məqsədilə 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mansakyan arasında üç tərəfli görüş keçirilib.
Təxminən 11 saat davam edən görüşdən sonra 4 bənddən ibarət razılıq əldə olunub:
1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.
Əldə olunan razılığa baxmayaraq, Ermənistan tərəfi hər dəfə olduğu kimi yenə də təxribata əl ataraq atəşkəsi pozmuşdur. Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Diqqətinizə çatdırmaq istəyirik ki, oktyabrın 11-də saat 02.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulub. Hücüm nəticəsində Gəncə şəhərində yerləşən 3 yaşayış binası dağıdılıb, 4-ü qadın olmaqla 9 mülki şəxs həlak olub, 34-dən çox insan yaralanıb ki, onlardan da 16-sı qadın, 6-sı isə uşaqdır.
Ermənistan 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətini son iki həftədə Gəncədə və digər rayon və şəhərlərimizdə davam etdirərək çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirib.
Xatırladaq ki, 2017-ci ildə Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndinə 82 və 120 mm-lik minaatanlardan və ağır qumbaraatanlardan atəş açaraq 18 aylıq qız Zəhra Quliyevanı və 50 yaşlı nənəsi Sahibə Quliyevanı da öldürmüşdülər.
Bildiyiniz kimi, IV Cenevrə Konvensiyasına uyğun olaraq silahlı münaqişə zamanı mülki şəxslərin, xüsusilə uşaqların qorunması konvensiyanın əsas prinsiplərindəndir. Təəssüflər olsun ki, bu qətllər Ermənistanın siyasi və hərbi rəhbərliyinin uşaq qatili olduqlarını, insanlıq əleyhinə cinayət törətdiklərini və heç bir beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiklərini göstərir.
Biz, aşağıda imza edən uşaq və qadın hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistanın bu cinayət əməlini kəskin şəkildə pisləməyə, beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə və vandalizminə laqeyd qalmaması üçün etiraz səsinizi yüksəltməyə və mandatınız daxilində təcavüzkar Ermənistanı durdurmağa çağırırıq.
Ümid edirik ki, siz bizim kollektiv müraciətə laqeyd qalmayacaq və Azərbaycanın mülki şəxslərinin kobud şəkildə pozulmuş hüquqların müdafiəsi üçün əlinizdən gələni edəcəksiniz.
Qeyd: Oktyabrın 11-də Ermənistanın Gəncə şəhərində törətdiyi vəhşiliyi və vandalizmi özündə əks etdirən forto şəkillər müraciətə əlavə olunur”.
İmza:
1. "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi, Baxşəliyeva Xoşqədəm Hidayət,
2. "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyi, Məmmədova Aynur Tofiq
3. "Aran" uşaqların sağlam gələcəyi ictimiyi birliyi, Hüseynov İbrahim Qüdrət oğlu
4. Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət Umud qızı
5. "İntellekt" uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad Soltan
6. «Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər Mürtəza
7. "Azərbaycan Uşaqları" İctimai Birliyi, Kəmalə Ağazadə
8. “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən Nəhməd qızı
9. "Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" ictimai birliyi, Əhməd Təranə Ağabala
10. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasi ictimai birliyi, Hüseynov Rəşad Fərəməz oğlu
11. "Məlahətli Ana" uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq Əhmədağa
12. Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar Yaşar qızı
13. Qadın və Uşaqların Problemlərinin Araşdırılmasi İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı
14. “Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şüküfə Rəşid qızı
15. "İnam və Ümid" əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman Bəndər
16. “Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif Vaqif
17. "Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün Kamil qızı
18. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam Akif oğlu
19. "Etimad-uşaq və gənclərə psixoloji dayaq" ictimai birliyi, Bəşirova Şəlalə Nizami
20. "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq Nəcəf
21. "Sahibsiz Uşaqlara Kömək" ictimai birliyi, Abbasova Məlahət Turab
22. "Ana və uşaq sağlamlıq mərkəzi" ictimai birliyi, Məmmədova Fəridə Xanış
23. "Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz
24. "Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyi, Abdulov Fərhad Oktay
25. "Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə Süleyman
26. "Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq" ictimai birliyi, Hüseynova Mehriban Nəriman
27. "Uşaq və tələbə gənclər dünyası" ictimai birliyi, Cəfərov Tural Fariz
28. "Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyi, Zaur Seyidzadə Mirtağı oğlu
29. "Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası" ictimai birliyi, Bəkirov Yusif Seyfəddin
30. “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam Musarza
31. "Mənəvi Dayaq" Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov
32. "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyi, İsayeva Lamiyə Ədalət
33. “Kiçik dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar Nazim qızı
34. Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil İsa
35. Dünya" Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım Yunus
36. "Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb Vaqif
37. "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" ictimai birliyi, Kərimova Cəmilə İlham
38. "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Cəfərova Aygün Əzizağa qızı
39. "Qadın və Uşaq Sosial Təminatı" Ictimai Birliyi, Dadaşova Firuzə Oktay qızı
40. "Buta" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay Fəzail qızı
41. El Qayğısı" Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur Famil
42. "Uşaqların Gələcəyi Naminə" ictimai birliyi, Quliyeva Könül Fəhrad
43. "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" ictimai birliyi, Zülfüqarova Aynur Vaqif"
44. Miqrant uşaqlara dəstək" ictimai birliyi, Məmmədova Fatma Abbas
45. “Masallıda Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyi Muxtarova Nərgiz Abutalıb
46. "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" ictimai birliyi Babayeva Səkinə Rəşid
47. "Lider Qadınlar" İctimai Birliyi Yaqubova Arzu Fazil qızı
48. Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai Birliyi Mayisə Məmmədova Vaqif
49. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi Ceyhun Abdulov
50. "Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyi Mirzəyeva Tamella Mayis
51. Şəmkir Qadın Resurs Mərkəzi" ictimai birliyi Həsənova Arzu Məhəmməd
52. Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı Niyazi Mehdi Musa
53. "Qadın Konsensus Mərkəzi" ictimai birliyi Quliyeva Aynur Cama
54. Gənc hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda ictimai birliyi Şəfa Camalzadə
55. "Qadınlar Arasında Həmrəylik" ictimai birliyi Hüseynova Ruhəngiz Bəşir
56. "Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyi Əzizova Natəvan Sahibəli
57. "Vəfa" Ziyalı Qadınlar ictimai birliyi Cavadova Əsmayə İsməli
58. "Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyi Babayeva Şəhla Akif
59. “İnkişafa Doğru Qadın Təşəbbüsü" ictimai birliyi Nəbiyeva Ziba Vasif
60. “Qadın Haqları və Gender Bərabərliyi” ictimai birliyi Əhmədova Ayişə Xaqani
61. Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Xəzanə Orucova
62. Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi Xəlilova Lyudmila Qoca qızı
63. “Mirzə Ələkbər Sabir” fondun Sevda Tahirli
64. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım ictimai birliyi Gülayə Səfərova
65. "Əsgər Ailələrinə Dəstək" ictimai birliyi Mətanət Cəfərova
66. “İslahatçı qadınlar və innovasiyalar" ictimai birliyi Vüsalə Hüseynli
67. “XXI Əsrin Qadınları” ictimai birliyi Mahirə Əmirhüseynova
68. “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği ictimai birliyi Roza Əliqızı
69. Erməni Təcavüzünün Tanıdılması ictimai birliyi Səriyyə Cəfərova
70. "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" ictimai birliyi Büllur Məmmədova
71. Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyi Radə Abbas
72. “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Xatirə Vəliyeva
73. "Təmiz Dünya" Qadınlara Yardım ictimai birliyi Mehriban Zeynalova
74. “Xan Şuşinski” Fondu Bəyimxanım Verdiyeva
75. Azəri Türk Qadınlar ictimai birliyi Tənzilə Rüstəmxanlı
76. "Həsrət Yolu" Əsir və Girovlara Kömək ictimai birliyi Esmira Orucova
77. “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyi Növrəstə Yusifova
78. “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyi İradə Yaqubova
79. "Şahdağ" xeyriyyə ictimai birliyi Rəhilə Teymurova
80. “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” ictimai birliyi Mariya Hüseynova
81. "Azərbaycan-İraq Mədəni Əlaqələr" ictimai birliyi Tahirə Məmmədova
82. "Beynəlxalq Dialoq və İnkişaf Alyansı" ictimai birliyi Nüşabə Məmmədova
83. "Hüquqşünas Qadınlar Assosiasiyası" ictimai birliyi Xanım Əhmədzadə
84. "Qadın Probelmlərinin Tədqiqatları Mərkəzi" ictimai birliyi Sevil Allahverdiyeva
85. "Gender Bərabərliyi” ictimai birliyi Şəkərxanım Əliyeva
86. "Vətəndaşların Sosial Rifahı Naminə" ictimai birliyi İradə Rizazadə
87. "Qadınlar Gələcək Uğrunda" ictimai birliyi Abhəyat Abdullayeva
88. "Ümid Yeri " xeyriyyə cəmiyyəti ictimai birliyi Nigar Mənsimova
89. Azərbaycan Maarifçi Gənclər Təşkilatı ictimai birliyi Ruhiyyə Aslanova
90. “Qayğı və Himayə” Xeyriyyə Fondu Gülayə Rzayeva
91. "Ədalət və İnkişaf Naminə" Uşaq və Gənclərə Dəstək ictimai birliyi Könül Əfəndiyeva
92. Əlil Qadınlar Cəmiyyəti ictimai birliyi Məhluqə Rəhimova
93. "Mərhəmət" kimsəsizlərə yardım ictimai birliyi İradə Nəsirova
94. Müasir Azərbaycan Qadını ictimai birliyi Kəmalə Muradlı
95. Qadın və Gənc Ailələrin Sosial İnkişafı ictimai birliyi Tünzalə Cavadova
96. "Hüquqi İnkişafvə Demokratiya" Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım ictimai birliyi Zülfiyyə Mustafayeva
97. Tərtər rayonunun sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" ictimai birliyi Zülfiyyə Nuriyeva
98. "Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım" ictimai birliyi Cəmilə Abdulova
99. "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyi Mehriban Abdullayeva
100. Azərbaycan Maarifçi Xeyirxah Xanımlar ictimai birliyi Kübra Babayeva
101. Azərbaycan Diabet Liqası ictimai birliyi Yeganə Sultanova
102. "Vəfa" sosial problemlərin həllinə dəstək ictimai birliyi Fatimə Hacıbəyli
103. Gəncə Regional Qadın Mərkəzi ictimai birliyi Məleykə Əlizadə
104. "Azərbaycan Kənd Qadınları Assosiasiyası" ictimai birliyi Qənbərova Gülbəniz Rəşid