16 Oktyabr 2014 15:42
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın regionlarında Təhsil Nazirliyinin regional idarələrinin yaradılması təxirə salınıb. Nazir bu fikrini təhsil işçilərinin mükafatlandılması mərasimində bildirib.

Qeyd edək ki, regional təhsil idarələri 2015-ci il yanvarın 1-dən yaradılması nəzərdə tutulurdu.
Nazir qərarın ləğvinin səbəbini bununla əlaqələndirib ki, 2015-ci ilin dövlət büdcəsi layihəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb və növbəti il eyni sistem fəaliyyət göstərəcək.

M.Cabbarovun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək: "Yerlərdəki təhsil şöbələrinin tabeliyində olan məktəblərin idarə edilməsi ilə bağlı Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətləri indi həyata keçirilən şəkildə davam etdiriləcək”.

Qeyd edək ki, təhsil ekspertləri regional təhsil idarələrin yaradılmasını və rayon təhsil şöbələrinin ləğvini təqdir edərək, bunun təhsilin inkişafına müsbət təsiri kimi qiymətləndirirlər.

Onu da bildirək ki, 2014-cü ildə təhsil xərcləri 1,65 milyard manat olduğu halda, 2015-ci ildə 1,7 milyard nəzərdə tutulub ki, bu da 3,5 faiz artım deməkdir. Amma tikinti əsaslı sektorda artımların sayı 2 rəqəm nəzərdə tutulur. Gələn il dövlət büdcəsindən sənaye və tikinti xərclərinə 6,9 milyard manat vəsait ayrılıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər