16 Oktyabr 2014 23:48
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brokkoli (kələm fəsiləsindən olan birillik tərəvəz bitkisi, bostan kələminin bir növü) autizmin müalicəsinə kömək edir. Teleqraf.com “Science World Report” jurnalına istinadən xəbər verir ki, alimlər 13 yaşından 27 yaşınadək olan 44 şəxsin iştirakı ilə araşdırmalar apararkən məhz belə qənaətə gəliblər.

Könüllülərin hər birində autizmin ağır və ya zəif forması olub. Onları iki qrupa ayırıblar. 26 nəfərdən ibarət olan birinci qrupa zəruri sutkalıq dozada sulforafan verilib. Bu maddə brokkolinin tərkibində yüksək miqdardadır. İkinci qrupa isə yalançı dərman verilərək nəticələr müqayisə edilib.

Tədqiqat başa çatdıqdan sonra alimlər bir sıra test keçiriblər. Sulforafan qəbul etmiş birinci qrupda ünsiyyət zamanı və sosial əlaqələrin qurulmasında yaxşılaşma qeydə alınıb. Alimlər preparatın qəbul olunduğu dördüncü həftədə onun səmərəsini aşkar ediblər. Mütəxəssislər belə hesab edirlər ki, sulforafan sinir sisteminin işinə yaxşı təsir göstərir, lakin müəyyən həddədək. 22 həftədən sonra alimlər daha elə bir irəliləyiş müşahidə etməyiblər.

Maraqlıdır ki, sulforafan bu cür təsirə malik olan ilk maddədir. Alimlər əldə etdikləri məlumatları təsdiqləmək üçün əlavə, daha qlobal və kütləvi tədqiqatlar aparmağı planlaşdırırlar.


Müəllif:

Oxşar xəbərlər