30 Oktyabr 2020 15:52
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə COVID-19 əleyhinə peyvəndin ilkin klinik sınaq nəticələri noyabr ayının sonunda bəlli olacaq.

Teleqraf.com xəbər verir ki, Çin istehsalı “Sinovak” peyvəndi bu günə qədər bir çox ölkələrdə sınaqdan keçirilib, yan təsirlərinin olmadığı bildirilir.

Əgər nəticələr Türkiyə üçün uğurlu hesab olunarsa, dekabr ayında ölkəyə daha 5 milyon doza gətiriləcək. Növbəti peyvəndləmə yanvar ayından başlayacaq. Peyvənd iki dozada vurulacaq, ilk etapda 2.5 milyon insana tətbiq olunacaq. Bu insanlar Səhiyyə Nazirliyinin elmi heyəti tərəfindən təyin ediləcək. Növbəti aylarda daha 5 milyon doza sifariş veriləcək. Zaman keçdikcə peyvədlənənlərin sayı artacaq.

“Sinovak”ın 65 yaşdan yuxarı insanlara təsiri bilinmədiyi üçün bu yaş qrupundakılara peyvənd vurmaq nəzərdə tutulmur. Peyvənd öncə səhiyyə işçilərinə və sıx mühitdə işləyənlərə, daha sonra 65 yaşadək risk qruplarına tətbiq ediləcək.

Qeyd edək ki, bir peyvəndin hazırlanması 10 ildən çox vaxt aparır. Mütəxəssislər koronavirus üçün sürətləndirilmiş bir cədvəllə işlədiyi üçün müddət 1 ilə endirilib. Bəzi mütəxəssislər bu səbəbdən peyvəndin nəticələrindən narahatdırlar.

Elm adamları bildirirlər ki, pandemiyanın sona çatması üçün dünya əhalisinin yarısı peyvənd olunmalıdır. Bunun üçün də ən azı 2 il vaxt tələb olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər