30 Oktyabr 2020 16:07
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruhumuz, qəlbimiz və fikrimiz həmişə sənin yanındadır. Bu haqq savaşında qələbə mütləq sənin olacaq. Doğma yurdlarımız məhz sənin sayəndə düşmən tapdağından azad olur. Mən bir azərbaycanlı xanım olaraq sənin üçün əlimdən gələni etməyə hazıram. İynənin ucu qədər sənə dəstək olanda, sovqat göndərəndə özümü necə xoşbəxt və rahat hiss edirəm, bunu sənə sözlərlə anlatmağa acizəm. Unutmayın ki, bütün Azərbaycan xalqı sənin arxandadır və sənin üçün hər saniyə dua edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Liatris Holding"in rəhbəri, müğənni-prodesür Ruhi Əliyeva bildirib.

Ruhi Əliyeva Azərbaycan əsgərinə özünü qorumağı və döyüşməyi tövsiyə edib: "Özünü hiyləgər, şərəfsiz və alçaq düşməndən qoru, Azərbaycanın rəşadətli əsgəri! Mənfur, cəllad düşmənə zərrə qədər rəhmin gəlməsin. Xocalı, Gəncə və Bərdənin qisasını döyüş meydanında al və bir an tərəddüd etmədən erməni cəlladlarını məhv et! Döyüşlərdə özünü, dostlarını və komandirlərini qoru.

Uca Allahdan istəyim və arzum yalnız budur: Tanrı Səni pənahında saxlasın və əzizlərinin yanına sağ-salamat qayıtmağı nəsib etsin. Amin!"


Müəllif: Teleqraf.com