2 Noyabr 2020 16:28
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyaya daha bir Azərbaycan əsgəri göz açıb. Həm də hərbçi övladı.

Teleqraf.com-un məlumatına görə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüb qazi olan, yenidən könüllü döyüşlərə qatılan Qusar rayon sakini Xəyal Məmmədovun üçüncü övladı dünyaya gəlib.

Qəhrəman əsgərimiz dünyaya göz açan övladına Milli Qəhrəman Mübariz İbrahimovun adını verib, onun da Mübariz kimi hərbçi olacağını deyib.

Xəyal vətən uğrunda gedən aprel döyüşlərində qəhrəmanlıqlar göstərib. Hazırda da vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə canı-qanı ilə döyüşür.

Qarabağa gedən yolun 12 iyul Tovuz döyüşləri ilə başladığını deyən qəhrəman hərbçimiz buna görə istəyib ki, Mübariz Tovuzda dünyaya gəlsin...

Polad iradəli, mübariz ruhlu Azərbaycan əsgəri hər zaman var olub, həmişə də var olacaq!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər