26 Noyabr 2020 17:10
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibədə yaralanmış Qəbələ rayon sakini Elçin Səmədovun ailəsinin evlə təmin olunmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı “Gilan Holdinq” Şirkətidir.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qeyd edib.

"Ailə yaxın günlərdə evlə təmin olunacaq. Belə ki, şirkət tərəfindən Elçin Səmədovun ailəsinə Qəbələ şəhərindəki yeni tikilmiş binadan bütün şəraiti olan üçotaqlı mənzil veriləcək.

Korporativ sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara qayğı göstərilməsində, sosial önəm kəsb edən nəcib təşəbbüslərdə həmişə Nazirliklə fəal tərəfdaşlığına görə “Gilan Holdinq”ə təşəkkür edirik!" ,- o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər