Çin Milli Kosmik İdarəsi Çinin “Change-5” kosmik gəmisinin Ayın səthinə uğurla eniş etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Çin Milli Kosmik İdarəsi “Change-5”-in Yerinə təbii peykinə hərbi kosmik proqram çərçivəsində göndərildiyini bildirib.
Çin hərbi kosmik proqramına milyardlarla dollar xərcləyib.
Pekin 2022-ci ilədək ekipajlı bir kosmik stansiyaya sahib olacağını və nəticədə insanları Aya göndərəcəyini ümid edir. Kosmik proqramın Ayın mənşəyi, əmələ gəlməsi və səthindəki vulkanik fəaliyyət haqqında məlumat əldə etmələrinə kömək etmək üçün Ay süxurlarını araşdırmağı hədəflədiyi bildirilib.
Proqram uğurla başa çatarsa, Çin ABŞ və Sovet İttifaqından sonra 1960-70-ci illərdə Aydan nümunə götürən üçüncü ölkə olacaq.