Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna ediləcək ianələrin Azərbaycan Mərkəzi Bankının operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.
Bu barədə Teleqraf.com-a AMB-dən bildirilib.
Məlumatda həmçinin bildirilir ki, ictimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/yasat) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
AMB-də açılmış hesabların rekvizitləri barədə məlumatlar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://vxsida.gov.az/az/article/1484) yerləşdirilib.
“YAŞAT” Fondunun bank rekvizitləri:
Bankın adı: |
Azərbaycan Respublikası Beynəlxalq Bankı Mərkəzi filial |
Bankın ünvanı: |
Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Tağıyev küç. 3 |
Bankın telefonları: |
(+99412) 937 |
Kod: |
805722 |
VÖEN: |
1701393691 |
Müxbir hesab: |
AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T Cod: |
IBAZAZ 2X |
Benefisiarın adı: |
YAŞAT FONDU |
VÖEN: |
1701393691 |
Hesablaşma hesabları: |
|
AZN |
AZ76IBAZ38090019447968925204 |
TRY |
AZ98IBAZ38190019497968925204 |
USD |
AZ66IBAZ38190018407968925204 |
EUR |
AZ46IBAZ38190019787968925204 |
RUR |
AZ83IBAZ38190018107968925204 |
GBP |
AZ61IBAZ38190018267968925204 |