21 Oktyabr 2014 13:01
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə çiskin olacaq. Lənkəran-Astara bölgəsində yağış yağma ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.


Müəllif:

Oxşar xəbərlər