Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi, eləcə də onların sağlamlıqlarının bərpası hər zaman diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin müavini Adil Əliyev və Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Elxan İbrahimov Vətən müharibəsində yaralanan və Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüşüblər.
Əvvəlcə qonaqlar mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin guşəsi önünə gül dəstəsi qoyub, hörmət və ehtiramlarını bildiriblər.
Sonra onlar reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada yaradılan şəraitlə yaxından maraqlananıb.
A.Əliyev və E.İbrahimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, Vətən müharibəsində qələbəmizin əhəmiyyətindən danışaraq yaralı hərbçilərin tezliklə sağalaraq ailələrinə və xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Sonda mərkəzdə müalicə alan yaralı hərbi qullquçulara hədiyyələr təqdim olunub.