28 Dekabr 2020 19:28
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yollar məni doğma Tovuz rayonumun Əyyublu kəndinə gətirdi. Vətən müharibəsində kəndimiz də şəhidlər verdi, çoxlu qazilərimiz var. İndi də ön xətdə, qarda, soyuqda kəndimizin fəxr olunası oğulları bizim keşiyimizi çəkir. Dövlətimiz hər zaman şəhid, qazi və əsgər ailələrinə arxadır".

Bu sözləri Azərbaycanın xeyriyyəçi iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva Tovuz rayonunda şəhid, qazi və əsgər ailələri ilə görüşü zamanı deyib.

Bir çox sosial, yardım layihələrinin müəllifi olan xeyriyyəçi iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə Bakı və Bakıətrafı şəhid, qazi və əsgər ailələrinə bayram sovqatının paylanması Tovuz rayonunda davam etdirilib: "Mən də bu xeyriyyə işlərində dövlətimizin, cənab Prezidentimizin yanındayam. Mən Əyyublu kəndində doğulub, böyümüşəm və kəndimizin hər bir əsgər ailəsi mənim üçün dəyərlidir, əzizdir. İçində Vətən sevgisi olan hər bir imkanlı şəxs vətənin azadlığı uğrunda qəhrəmanlıq göstərmiş əsgər ailələrinə dəstək olmalı, onların problemləri ilə maraqlanmalıdır. Bizim etdiklərimiz şəhid və qazilərimizin müqəddəs torpağa düşən bir damcı qanının əvəzi ola bilməz. Qəhrəman şəhər olan Tovuzumla və kəndimlə, bütün Azərbaycanımla fəxr edirəm. ƏSGƏRİMİZ Qürurumuzdur!"
Ruhi Əliyeva şəhid, qazi ailələrini ziyarət edərək, onların Vətənin bütövlüyü uğrunda şücaət göstərmiş övladları ilə bütün Azərbaycan xalqının qürur və fəxr duyduğunu bildirib: "Sizi ziyarət etmək hər birimizin borcudur. Biz bu gün bütöv Azərbaycanımızı sizin qəhrəman oğullarınıza borcluyuq. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında övladlarınız tariximizin şanlı səhifəsini yazdılar. Bu, Azərbaycanın şərəfli qələbə səhifəsidir".

Şəhid ailələrinə bayram sovqatı hazırlamaqdan şərəf duyduğunu dilə gətirən R.Əliyeva, hər bir azərbaycanlının bu ailələrin yanında olmağının vacibliyini vurğulayıb. /News24.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər