5 Yanvar 2021 15:18
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli onu “Əmək” ordeni ilə təltif etdiyi üçün Prezident İlham Əliyevə təşəkkür edib.

Politoloq Teleqraf.com-a açıqlamasında deyib:

“Prezident İlham Əliyevin bu diqqətini, elm və mədəniyyət sahəsində çalışan insanların əməyinə yüksək qiymət verməsini ürəkdən alqışlayır, ölkə prezidentinə öz adımdan və ailəmizin adından dərin təşəkkürümü bildirirəm. Mən indiyədək dövlət başçımızın siyasi xəttini müdafiə etmişəm. Bundan sonra da müdafiə etməkdə davam edəcəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev 31 dekabr 2020-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarına fəxri adların verilməsi və universitet əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb. AzTU-nun 70 illiyi münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə təltif edilən universitet əməkdaşları arasında fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynli də var. Qabil Hüseynli 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər