Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasnın uşaqlar üzrə baş infeksionisti Şirin Əhmədova koronavurus infeksiyasından dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, baş infeksionist bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada həyata gözlərini yumub. Məlumat üçün bildirək ki, Ş.Əhmədova qərb bölgəsində ən tanınan həkimlərdən biri olub. Azərbaycanda koronavirus infeksiyasının yayılmasından sonra bu virusa yoluxan xəstəkərin müalicəsində iştirak edib.