14 Yanvar 2021 09:50
313
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) alimləri tərəfindən vulkan palçığının xammalı əsasında üzvi-mineral gübrə hazırlanıb.

Teleqraf.com-un məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İbrahim Quliyev bildirib.

O, elmi ixtiranın Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində patentləşdirildiyini, seysmoloji mühəndis-geofiziki və geodezik üsullar əsasında Azərbaycanın aktiv sürüşmə sahələrinin dinamik rejiminin modelləşdirilmə texnologiyasının müvəffəqiyyətlə tətbiq olunduğunu söyləyib.

İ.Quliyev ölkə ərazisində alternativ və bərpaolunan enerji potensialı, geotermal enerji sahəsində tədqiqatların aparılması, Azərbaycanın günəş enerjisi atlasının yaradılması istiqamətində tədqiqatların aparıldığını qeyd edib.

Akademik əlavə edib ki, ilk dəfə Günəş panellərinin gündəlik optimal istiqamətini təyin etməyə imkan verən analitik metodunun işlənməsi, alqoritm və proqram paketinin hazırlanması, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyalar tərəfindən qeydə alınmış məlumatlar əsasında 3D sürət modellərinin qurulması və Azərbaycan ərazisinin keçid zonalarında Yer qabığının sürət qeyribircinsliyinin müəyyən edilməsi 2020-ci ilin mühüm elmi nəticələri sırasında yer alır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər