Pandemiya dövründə 919-Çağrı mərkəzinə zənglərin sayında 2.2 dəfə artım olub.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, paralel olaraq bu müddətdə onlayn bələdçiyə də müraciətlərin sayı artıb:
"Vətəndaşların müraciətlərində ərizə, şikayət və təkliflərdir. Vətəndaşların müraciətlərinin əksəriyyəti müsbət nəticələnib, 12 faiz müraciətin nəticəsi isə qiymətləndirilməyib.
Pandemiya dövrü ilə əlaqədar Miqrasiya Xidmətinin rəisinin qəbuluna say 4 dəfə azalıb. Bu say 168 olaraq qeydə alınıb.
Eyni zamanda, karantin dövründə 125 ailəyə miqrasiya könüllülərinin iştirakı ilə yardım göstərilib"