Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Bakıda virusa yoluxanların sayı 52,2 % təşkil edir.
Yoluxma göstəricisi Aranda 13,3 %, Abşeronda 12,9 %, Gəncə-Qazaxda 8,2 %, Şəki-Zaqatalada 3,2 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,9 %, Dağlıq Şirvanda 2,5 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,4 %-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.
Bakıda üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bu rəqəm Binəqədidə 15% təşkil edir.
Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,2%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,9%-lə Xəzər, 5,3%-lə Qaradağ, 5%-lə Səbail, 0,5%-lə isə Pirallahı qərarlaşıb.