27 Yanvar 2021 12:32
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 28 556 şagird fevralın 1-dən məktəblərə gələcək. 3406 uşaq isə məktəbəqədər dərslərə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova Təhsil Nazirliyinin ənənəvi tədrisin bərpasına aid keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, məktəblərdə dezinfeksiya işləri aparılıb, eyni zamanda hər birində qoruyucu vasitələr müəyyən olunub: "Ənənəvi üsulla tədrisin bərpası çox gözəl addımdır. Bu müddətdə onlayn dərslərin təşkili internet olan ərazilərdə sistemin yaradılmasına səbəb oldu. Valideynlərlə ünsiyyət, çevik mexanizmi nəzərə alsaq, bu sistemi təqdirəlayiq hesab edirəm. Bu üsul tədris sisteminə müsbət təsir edir.

Abşeron rayonunda məktəblərdə bütün lazımi şərait yaradılıb. İstilik sistemi ilə bağlı heç bir problem yoxdur, bütün nasazlıqlar aradan qaldırılıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər