27 Yanvar 2021 12:48
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin müvafiq tövsiyələrini nəzərə alaraq, məktəb direktorları ilə görüşlər təşkil olunub.

Teleqraf.com xəbər verir ki, bunu Sumqayıt şəhər təhsil idarəsinin müdiri Arzu Alızadə tədrisin ənənəvi formasının bərpası haqqında danışarkən deyib.

Onun sözlərinə görə, müvafiq olaraq şagird sayı çox olan siniflər bölünüblər: "Bununla yanaşı, məktəblərdə gigiyenik qaydalara riayət edilməsi üçün reklam posterləri qurulub. Əgər heç bir problem olmasa, yoluxma sayında artım müşahidə edilməsə, yuxarı siniflərin də tədrisə cəlb edilməsi üçün hazırlıqlara başlanacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər