"Magistratura" jurnalının birinci nömrəsində ötən il çətinlik yaradan müəyyən suallar izah olunub.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib:
"Magistraturaya hazırlaşanlar jurnalı əldə edib, proqramla tanış olsunlar. Növbəti jurnal gələn həftə çap olunacaq. Orada model testlər yer alacaq.
Qeyd edim ki, balların hesablanmasında dəyişiklik yoxdur. İmtahan ötən ilki səviyyədə olacaq".