ABŞ-da 4 yaşlı uşaq 9 aydır mübarizə apardığı koronavirusa qalib gəlib.
Teleqraf.com xəbər verir ki, Stella Martin adlı uşaq 9 ay COVID-19 xəstəliyi ilə mübarizə aparıb.
Martin reanimasiya şöbəsinə aparılıb sağalan ən azyaşlı xəstədir. Ötən ilin aprel ayında virusa yoluxan Martinin ağciyərləri sıradan çıxmağa başlayıb və 3 ay komada yatıb.