Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır.
Teleqraf.com xəbər verir ki, Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsini müzakirəyə çıxarıb.
Layihəni deputat Əli Məsimli təqdim edib.
Dəyişikliyə əsasən, bu rüsumun məbləği 1,5 manat müəyyən edilir.
Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.
Dəyişikliklə bir neçə xidmtə görə rüsum ləğv edilir.
Deputat Fazil Mustafa isə təklif edib ki, natorial ofislərdə köməkçi ştatı açılsın.