Şəki Apelyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının bu gün keçirilən iclasında bildirilib.
Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub.
Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.