Hindistanın "Bharat Biotech" firmasının hazırladığı Covax vaksininin COVID-19-un İngiltərədə aşkarlanan mutasiya keçirmiş növü üzərində 81 faiz təsirli olduğunu aşkarlayıb.
Teleqraf.com xəbər verir ki, Beynəlxalaq Virologiya İnstitutu vaksini virusun mutasiya keçirmiş növünə yoluxan 43 nəfər üzərində sınaqdan keçirib.
Yeni Dehli Tibb Elmləri İnstutunun direktoru Randeep Quleyranın fikrincə, vaksinin mutasiyaya qarşı təsirli olduğunu təsdiqləmək üçün 130-a yaxın şəxs üzərində sınaqdan keçirmək lazımdır.