Şəki rayonunun məktəblərindən biri koronavirus infeksiyasına görə distant təhsilə keçib.
Təhsil Nazirliyindən Teleqraf.com-a bildirilib ki, rayonunun Baş Zəyzid kənd tam orta məktəbinin direktorunda və təlim-tərbiyə işləri üzrə müavində COVID-19 virusu aşkarlanıb.
Bu səbəbdən martın 9-dan məktəbdə tədris 14 gün müddətinə distant təhsilə keçirilib.