12 Mart 2021 17:03
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva citimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyev özünün Feysbuk səhifəsndə məlumat yayıb.

"Bu gün son hadisələrlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyeva ilə görüşdük. Məni qəbul etdi, dinlədi, qeydlər apardı və şikayətimi qəbul edərək, ən qısa zamanda səlahiyyətləri çərçivəsində məsələni nəzarətdə saxlayacağını, hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edəcəyini bildirdi", - deyə o bildirib.

Qeyd edək ki, martın 8-də qadın fəalların keçirdiyi aksiyadan sonra yürüş iştirakçılarından Nərmin Şahmarzadənin Feysbuk hesabı sındırılıb. Onun bəzi aktivistlərlə şəxsi mesajlaşmaları sosial mediada paylaşılıb. Eləcə də Bəxtiyar Hacıyevə aid olduğu iddia olunan şəxsi mesajlar və səs yazıları yayılıb. B.Hacıyev isə DİN-ə müraciət edərək yayılan materialların saxta olduğunu qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər