Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın həkimi, deputat Rəcəb Şəkər təyyarədə bir qazaxıstanlı körpənin həyatını xilas edib.
Teleqraf.com xəbər verir ki, Bişkək – İstanbul reysi ilə uçan təyyarənin sərnişinləri arasında olan qazaxıstanlı ailənin əkiz övladından birinin vəziyyəti pisləşib və təyyarə Ankara hava limanına təcili eniş edib.
Təyyarədə olan Rəcəb Şəkər körpəyə ilkin tibbi yardım göstərib və onun vəziyyəti yaxşılaşıb.